Press "Enter" to skip to content

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və TİKA arasında görüş

Son yeniləmə: 16 Mart 2022 08:56

Bayraqdar.info – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, martın 15-də TİKA-nın Bakı Proqram Koordinatoru Fatih Yılmaz Agentlikdə olub. Agentliyin icraçı direktoru Aygün Əliyeva qurumun fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. Həmçinin ölkədə QHT sektorunun inkişafı sahəsində görülən işləri diqqətə çatdıraraq, Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlıq imkanlarına toxunub.

A.Əliyeva TİKA-nın dəstəyi ilə Türkiyə-Azərbaycan QHT Akademiyasının təsis olunması məsələlərindən də danışıb.

Görüş zamanı çıxış edən F.Yılmaz TİKA-nın Azərbaycanda icra etdiyi layihələr haqqında məlumat verib. O, vətəndaş cəmiyyəti sahəsində müxtəlif layihələrin olduğunu və TİKA-nın bu istiqamətdə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Görüşdə, eyni zamanda, Agentliyin icraçı direktorunun müavini Emil Çaparlı, layihələrin idarə olunması departamentinin müdiri Elnur Bağırlı, beynəlxalq əməkdaşlıq məsələləri üzrə menecer Toğrul Məmmədli, TİKA Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga, TİKA Bakı Proqram Koordinasiya Ofisinin assistent Abbas Hümbətov iştirak ediblər.

Mission News Theme by Compete Themes.