Press "Enter" to skip to content

“Nar” 15 illik yubileyini abunəçiləri ilə birgə qeyd edir

Bayraqdar.info – Artıq 15 ildir ki, Azərbaycanın ən gənc mobil operatoru “Nar” abunəçilərinə üstün xidmətlər təqdim edir.

Bu barədə bayraqdar.info-ya verilən məlumatda deyilir: “Bu illər ərzində “Nar” müştəri yönümlü siyasət yürüdərəkabunəçilərin istək və tələblərinə uyğun bir çox unikal məhsul hazırlamış,ölkə boyunca yüksəkkeyfiyyətli 4G şəbəkəsini istifadəyə vermiş, üstün müştəri xidmətləri təqdim etmiş, eləcə də mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirlməsində fəal iştirak etmişdir”.

Qeyd edilib ki, Müştəri Loyallığına görə rabitə bazarının lideri olan mobil operator, yubiley mesajının mərkəzində də məhz “Nar” abunəçisinə yer verib. 15 illiyi münasibətilə “Nar”“Hekayəmizin qəhrəmanı sənsən” devizi ilə TV kanallarda təbrik videoçarxı yayımlayır və eləcə də “Nar”ı seçən abunəçiləri üçün dəyərli hədiyyələrlə dolu yarışlara başlayır.

“Mobil operator daha rahat ünsiyyət üçün “Nar”ı seçən bütün abunəçilərinə təşəkkür edir və bayram hədiyyələrini qazanmaq üçün “Nar”ın rəsmi sosial media səhifələrini (Facebook, İnstagramTwitter) izləyərək yarışlarda fəal iştirak etməyə çağırır”, – deyə sonda vurğulanıb.

Mission News Theme by Compete Themes.