Son yeniləmə: 16 Mart 2022 08:50
Bayraqdar.info – Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında təşkil olunan Avropa çempionatında ikinci görüşünü keçirib.
Azərbaycan Boks Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan N.İsgəndərov Luka Nikabadzenin (Gürcüstan) ardınca Alen Ahmetoviçi (Xorvatiya) də yarışdan kənarlaşdırıb.
Azərbaycan boksçusu səkkizdə bir final mərhələsi çərçivəsində ev sahibini 5:0 hesabı ilə məğlub edib. N.İsgəndərov dörddə bir final qarşılaşmasına martın 19-da çıxacaq. Onun rəqibi fransalı Hüqo Qrau olacaq.