Press "Enter" to skip to content

Mart ayının pensiya ödənişi yekunlaşdı

Son yeniləmə: 16 Mart 2022 10:59

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə mart ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə bayraqdar.info-ya martın 16-da ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, martın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Mission News Theme by Compete Themes.