Press "Enter" to skip to content

Məqsəd bölgədəki siyasi sabitliyi hədəf almaqdır

Son yeniləmə: 16 Mart 2022 10:59

Bayraqdar.info –  İraq Türkmən Cəbhəsinin İdarə Heyətinin üzvü Aydın Maruf mətbuata açıqlama ilə çıxış edib. Açıqlamasında o, Ərbil şəhərinə edilən raket hücumunu qəti şəkildə pisləyib.

Türkmeneli TV xəbər verir ki, o, yazılı açıqlamasında “Gecə saatlarında Ərbilə edilən raket hücumunu şiddətlə qınayırıq. Bu terror hücumudur. Bu hücum terrordan çox siyasi məqsəd daşıyır”, – deyə qeyd edib.

Açıqlamada vurğulanıb ki, bu hücumların təkrarlanmasında məqsəd bölgədəki siyasi sabitliyi hədəf almaqdır. Ərbilin sabitliyi həm İraq, həm də bölgə üçün çox önəmlidir.

A.Maruf hücumda yaralanan vətəndaşlara şəfa diləyib.

Mission News Theme by Compete Themes.