Bayraqdar.info – Fevralın 24-dən Ukraynaya açıq hərbi təcavüzə başlayan Rusiya silahlı qüvvələri hər keçən gün daha da bərbad bir duruma düşür. Aradan keçən 20 günün statistikası bu ordunun nə qədər nizamsız, bacarıqsız və gücsüz olduğunu göstərir.
Ukrayna Müdafiə Nazirliyinin martın 16-sı üçün yaydığı rəqəmlər bu fikirləri deməyə əsas verir.
Ukrayna tərəfi bildirib ki, ötən 20 günün statistikası təcavüzkar Rusiya üçün olduqca ağır itkilərdən xəbər verir. Bu müddət ərzində Rusiya 13 min 800 nəfər civarında canlı qüvvə itirib, eyni zamanda 1 min 375 ədəd PDM və bənzər ağır texnikasından məhrum olub.
Ukrayna tərəfinin əlində olan və dəqiqləşdirilmiş rəqəmlərə görə, Rusiyanın 84 təyyarəsi və 108 helikopteri zərərsizləşdirilib.
Bunlarla bərabər 190 artilleriya qurğusu, 430 tank da Rusiyanın itkilərinin balansına yazılıb. Əlavə olaraq 70 zenit-raket kompkeksi, 819 nəqliyyat vasitəsi, 3 gəmi və 11 PUA məhv edilib.
Rusiyanın itkiləri arasında 3 gəmi, 43 hava hücumundan müdafiə sistemi, eləcə də 10 xüsusi qurğu var. Bunlara əlavə olaraq 60 yanacaq daşıyan maşın da zərərsizləşdirilib.
Əlavə edək ki, Rusiyanın zərərsizləşdirilən canlı qüvvəsi ilə bağlı məlumatlarda müsəlman ad-soyadlı şəxslərin çoxluğu da diqqət çəkir…
Maraqlı məqam: Rusiya rəsmi təbliğatı öz itkiləri haqqında məlumatları nəinki bütün dünyadan, öz vətəndaşlarından belə gizli tutmağa çalışır.