Son yeniləmə: 16 Mart 2022 10:29
Bayraqdar.info – Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kənd klubunda tədbir keçirilib. Komitədən bayraqdar.info-ya bildirilib ki, tədbir “Radikalizm və ekstremizm təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda olub.
“Çıxışlarda dini radikalizmin fəsadlarından danışılıb. Bu cür tədbirlərin əhəmiyyəti qeyd olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb”, – deyə xəbərdə qeyd edilir.