Son yeniləmə: 16 Mart 2022 19:55
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin təqdim edilməsi prosesi davam edir.
Bu barədə bayarqdar.info-ya ƏƏSMN-dn məlumat verilib.
Bildirilib ki, bu ilin əvvəlindən proqram çərçivəsində daha 2 min 300-ə yaxın işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik biznes yaradılıb.
Həmin vətəndaşların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir.