Press "Enter" to skip to content

“Yaşıl eneji” sahəsində əməkdaşlıq imkanları genişləndirilir

Son yeniləmə: 15 Mart 2022 14:46

Bayraqdar.info – Xəbər verildiyi kimi martın 15-də Bakıda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Eyni zamanda bu mərasim çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.

Bu barədə bayraqdar.info-ya Energetika Nazirliyindən mılumat verilib.

Bildirilib ki, Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu energetika nazirinin müavini Samir Vəliyev və “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi imzalayıblar: “Memorandum Azərbaycanda bərpa olunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir”.

Elə həmin gün Nazirliklə şirkət arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu da imzalanaıb. Qeyd edək ki, bu sənədi Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev və “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi imzalayıblar.

Nazirlikdən bildirilib ki, Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsindəpotensial əməkdaşlıq imkanlarını müəyyən edir: “Sənədə əsasən, “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Nazirliklə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir. Hər iki memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitənin yaradılması nəzərdə tutulur”.

Onu da vurğulayaq ki, tədbir çərçivəsində, həmçinin“Masdar” şirkəti ilə İqtisadiyyat Nazirliyi arasında bərk məişət tullantılarından enerji istehsalı, “Azərbaycan Dəmir Yolları” QSC arasında isəbərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq üzrə Anlaşma memorandumları imzalanıb.

“Xatırladaq ki, investisiya dəyəri 225 milyon ABŞ dollarından çox olan 230MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edilən “Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələrdə daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir”, – deyə məlumatda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.