Press "Enter" to skip to content

Rəngkarlıq Muzeyində “Artxronika”

Rəngkarlıq Muzeyi

Son yeniləmə: 15 Mart 2022 13:20

Bayraqdar.info – Martın 18-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Artxronika” layihəsi çərçivəsində müzakirələr aparılacaq.

Muzeydən martın 15-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, müzakirələr Abşeron rəssamlıq məktəbinin Azərbaycan rəssamlarının yaradıcılığına təsiri, keçid prosesləri və müasir dövrümüzdəki rolu mövzularına həsr edilir.

Tədbirin moderatoru Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünas Shirin Melikova olacaq.

“Natiqlər qismində kulturoloq Elçin Şamilli və Bakı İncəsənət Mərkəzinin baş direktoru, təsviri incəsənət tədqiqatçısı Rafael Gülməmmədli iştirak edəcək. Onlar mövzu ilə bağlı fikir və təcrübələrini bölüşəcəklər.

“Həmçinin hazırda sərgisi XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində davam edən rəssam Mir Nadir Zeynalovun yaradıcılığında Abşeron məktəbinin təsirindən bəhs ediləcək.

Mission News Theme by Compete Themes.