Son yeniləmə: 15 Mart 2022 18:24
Bayraqdar.info – Novruz bayramı ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə azad edilən ərazilərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşlər keçirilib.
Müdafiə Nazirliyindən martın 15-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və “Nar” şirkətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində çıxış edənlər Vətənin keşiyində duran əsgərlərimizi torpaq çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
“Sonra hərbi qulluqçulara hədiyyələr və bayram sovqatı təqdim edilib, hərbi hissənin ərazisində müxtəlif növ ağaclar əkilib.
“Tədbir tonqallar ətrafında H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə davam edib”, – deyə məlumatda qeyd edilir.