Press "Enter" to skip to content

“Məşğulluq marafonu”na ötən dövrdə 623 işəgötürən qoşulub

Son yeniləmə: 15 Mart 2022 15:56

Bayraqdar.info – “Məşğulluq marafonu” üzrə 1894 şəhid ailəsi üzvü və qazi işlə təmin edilib.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ƏƏSMN tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 623 işəgötürən qoşularaq 4320 vakansiya təqdim edib. Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna mühüm dəstək olan marafon çərçivəsində həmin kateqoriyalardan olan 1894 nəfər işlə təmin olunub.

“Məşğulluq marafonu”nda iştirak etmək istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.