Son yeniləmə: 15 Mart 2022 02:02
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin parlamentinin növbəti iclası keçirilib. Martın 14-də keçirilən iclasda parlamentin komitələri formalaşdırılıb.
Bununla bağlı məlumatda qeyd edilir ki, parlamentdə 6 komitə fəaliyyət göstərəcək. Komitələrdən beşi 5 üzvdən, biri isə 7 üzvdən ibarətdir.
Onu da qeyd edək ki, KKTC qanunlarına əsasən mövcud parlamentdə təmsil olunan beş partiyadan yalnız ikisi (topladığı səsə faizinə görə) komitə formalaşdırmaq hüququna malikdir. Bunlar UBP və CTP-dir.
Ona görə də 5 nəfərlik olan 5 komitənin hər birinə UBP-dən 3, CTP-dən 2 millət vəkili, 7 nəfərlik Ombudsman və müraciət komitəsinə isə UBP-dən 4 CTP isə 3 millət vəkili daxil olub.
Parlamentin iclasında digər bir neçə qanun da qəbul edilib.