Press "Enter" to skip to content

KKTC millət vəkilləri AŞPA-nın toplantısında

Son yeniləmə: 15 Mart 2022 14:48

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti parlamentinin millət vəkilləri Avropa Şurası Parlament Assambleyasının fövqəladə iclasında iştirak edəcəklər.

Bu barədə bayraqdar.info-ya KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Qeyd edilib ki, parlamentdə UBP-ni təmsil edən Özdemir Berova və CTP millət vəkili Armağan Candan iclasda iştirak etmək üçün Fransanın Strasburq şəhərinə gediblər.

Ö.Berova və A.Candan AŞPA Siyasi məsələlər və demokratiya komitəsinin gündəmində olan qapalı Maraşdakı vəziyyətlə bağlı hesabatın müzakirə ediləcəyi iclasa qatılacaq. İclas martın 16-da keçiriləcək.

Mission News Theme by Compete Themes.