Press "Enter" to skip to content

İstehlakçı məmnuniyyətinin təmin olunması əsas şərtdir

Son yeniləmə: 15 Mart 2022 18:56

Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar dəyirmi masa keçirilib

Bayraqdar.info – “Xidmətin bütün fəaliyyət istiqamətləri nəticə etibarilə istehlakçı məmnuniyyətinin təmin olunmasına yönəlib”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

Qeyd edək ki, Dövlət Xidmətində 15 mart Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru, rektor vəzifəsini icra edən Elçin Xələfov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və həmin qurumların nümayəndələri iştirak ediblər.

Bu barədə bayraqdar.info-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin rəisi M.Abasbəyli istehlakçı hüquqlarının müdafiəsinin sosial-iqtisadi önəmi və bu istiqamətdə sistemli yanaşmanın əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Bu sahədə istehlakçılara keyfiyyətli, təhlükəsiz mal, iş və xidmətlər əldə etməyə imkan yaratmaqüçünistehlakçı hüquqlarının qorunması prosesinin bütün iştirakçıları arasında tərəfdaşlıq əlaqələrinin qurulması önəmlidir.

Vəkillər Kollegiyasının sədri A.Bağırov istehlakçı hüquqlarının qorunmasınıvəkillər üçün prioritet sahə olduğunu vəbu istiqamətdə davamlı tədris prosesinin təşkilində zəruriyyətin yarandığını qeyd edib. A.Bağırov bildirib ki, Dövlət Xidməti ilə birgə regionlarda istehlakçılar üçünödənişsizhüquqi yardımın göstərilməsi nəzərdə tutulub.

Mediasiya Şurasının İdarə Heyətinin sədri N.Adilov Xidmətin təşkil etdiyi təlimlərdə mediatorların iştirakı haqqında danışıb. Qeyd edib ki, mediatorların bu təlimlərdə iştirakı həm istehlakçılar, həm də bütövlükdə cəmiyyət üçün çox önəmlidir. Xidmətin təlimləri istehlakçı müraciətlərinin təhlili əsasında qurduğu üçün mediatorların bu prosesə maraq və həvəslə yanaşdığını bildirib.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən E.Xələfov mediatorlarla yanaşı, hakimliyə namizəd olan şəxslər üçün keçirilən təlimlərin də önəmini vurğulayıb. Mediatorlar üçün təşkil olunan təlimlər məhkəmə yükünün azalmasına xidmət etsə də, məsələ həllini tapmayanda son instansiya olaraq istehlakçının şikayəti hakimlər tərəfindən baxılır. Bununla əlaqədar gələcək hakimlərin bu təlimlərdə iştitrakı məsələyə əsaslı yanaşmanı təmin etməyə xidmət edir.

Tədbirdə mövzu ilə bağlı müzakirə aparılıb. İstehlakçıların hüquqlarının pozulması ilə bağlı mübahisələrə məhkəmədənkənar alternativ həll vasitəsi olan mediasiyanın tətbiqi ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilib.

Mission News Theme by Compete Themes.