Press "Enter" to skip to content

Energetika sahəsində yeni əməkdaşlıq imkanları

Son yeniləmə: 15 Mart 2022 15:31

Bayraqdar.info – Azərbaycan xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkədir. Bu barədə energetika naziri Pərviz Şahbazov ilə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.

Energetika Nazirliyindən bayraqdar.info-ya martın 15-də verilən məlumat görə, görüş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində baş tutub. Görüşdə Qaradağ GES-in təməlinin qoyulması iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirilib.

Söhbət zamanı bərpa olunan enerjinin bir çox istiqamətləri, həmçinin təbii qaz, hidrogen və elektrik enerjisi sahələri üzrə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.