Son yeniləmə: 15 Mart 2022 11:14
Bayraqdar.info – Mart ayının pensiyaları ilə bərabər, müavinət, təqaüd, ünvanlı yardımlar da Novruz bayramına qədər ödənəcək.
Bu barədə bayraqdar.info-ya martın 15-də Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, DSMF tərəfindən ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının ödənişi bu həftə yekunlaşacaq.
Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayrama qədər ödənilməsi planlaşdırılır.
Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.