Son yeniləmə: 15 Mart 2022 09:30
Bayraqdar.info – Ötən həftə keçirilən İkinci Antalya Diplomatiya Forumu bir çox məqamları ilə yadda qaldı. Belə məqamlardan biri də bu Foruma dünyanın müxtəlif yerlərindəki türk azlıqlarının təmsilçilərinin də dəvət edilməsidir.
Bunlar sırasında Batı Trakya türkləri də olub. Belə ki, Batı Trakyanın Gümülcine müftüsü İbrahim Şerif, Mustafçovanın keçmiş bələdiyyə sədri, jurnalist Cemil Kabza ve BİRLİK Gazetesi genel yayin yönetmeni, A Haber Yunanıstan müxbiri İlhan Tahsin də Foruma dəvətlilər arasında olub.
Bugün cuma namazını Antalya-Belek Merkez camiinde Sn Cumhurbaşkanı ve Sn https://t.co/7c2z9fzbWpşkanı ile birlikte eda ettik.Sohbet etme imkanı da bulduk. pic.twitter.com/1anZociTZl
— İbrahim Şerif (@muftu_iserif) March 11, 2022
Müfti İbrahim Şerif Antalya-Belek Mərkəzi Məscidində Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla birlikdə cümə namazı qılıb. Namazdan sonra Türkiyə Cümhurbaşqanı ilə ayaqüstü söhbət də edilib. Bu barədə müfti özünün Twitter hesabında paylaşım edib.
Hırvatistan İstanbul Başkonsolosu ve Slovenya Dışişleri Genelsekreteriyle yemekte tanıştık ortak projeler konuştuk. pic.twitter.com/XPS2RNRAxo
— İbrahim Şerif (@muftu_iserif) March 11, 2022
O, həmçinin Forum çərçivəsində müxtəlif nazirlər, nazir müavinləri və diplomatlarla görüşüb söhbət etmək imkanı əldə edib. Müfti İ.Şerif Batı Trakyadakı müsəlman türk azlığının problemləri və mövcud vəziyyətlə bağlı fikirlərini çatdırıb.
Sn Bakan Çavuşoğlu ile akşam yemeğinde görüştük,masamıza kadar gelip bizi kucaklayarak hoşlayan bakana teşekkür ediyorum. pic.twitter.com/g2tlyyWVij
— İbrahim Şerif (@muftu_iserif) March 11, 2022
Müfti Forumda həmçinin Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə də görüşüb.