Press "Enter" to skip to content

Almaniyada “Sülhə doğru” adlı konsert

Son yeniləmə: 15 Mart 2022 10:02

Bayraqdar.info – Almaniyanın Bad Meinberg və Horn şəhərlərində “Sülhə doğru” adlı konsert keçirilib. Konsert Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilib.

Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Almaniyada yaşayan tanınmış musiqiçi və bəstəkar Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Bridge of Sound” orkestrinin 12-13 mart 2022-ci il tarixlərində baş tutan konsertində yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsert öncəsi Xədicə Zeynalova 30 il öncə Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırım aktı barədə ətraflı məlumat verib. Sonra onun bəstələdiyi “Ave Maria – Məryəm ana” kompozisiyası təqdim edilib. Kompozisiyanı Xədicə Zeynalova (piano), Vsevolod Xuotarinen (akkordion), İrina Kiçakova (violin), İlay Dahan (violonçel), İrina Trutneva (soprano), Darya Mottebassam (metsosoprano), Rio Sato (tenor) ifa ediblər.
Konsert yerli mətbuatda geniş işıqlandırılıb.

Mission News Theme by Compete Themes.