Press "Enter" to skip to content

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Zoologiya İnstitutu

Son yeniləmə: 14 Mart 2022 18:29

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə martın 14-də bayraqdar.info-ya Zoologiya İnstitutundan məlumat verilib.

İnstitutun baş direktor vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib.

“İnstitutun icraçı direktoru biologiya üzrə elmlər doktoru, dosent Elşad Əhmədov 2022-ci il üçün elmi tədqiqat fərdi iş planları və işçilərin attestasiyalarının nəticələri, Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşri, Quru onurğalılar laboratoriyasının aparıcı elmi işçisi Gülbəniz Qasımova isə Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində aparılan monitorinq barədə məlumatı şura üzvlərinin diqqətinə çatdırıb.

“İclasın sonunda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub”, – deyə İnstitutdan bayraqdar.info-ya bildirilib.

Mission News Theme by Compete Themes.