Press "Enter" to skip to content

Qondarma “parlament seçkiləri” ilə bağlı açıqlama

Xarici İşlər Nazirliyi

Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır

Bayraqdar.info – “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır”.

Bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri” ilə bağlı açıqlamasından öz əksini tapıb.

İdarədən bayraqdar.info-ya martın 14-də verilən məlumatda bele deyilir.

“Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”, – deyə açıqlamada daha sonra vurğulanıb.

Mission News Theme by Compete Themes.