Press "Enter" to skip to content

Qobustan qoruğunda “Plov” festivalı

Plov festivalı

Son yeniləmə: 14 Mart 2022 18:54

Bayraqdar.info – Martın 21-də Novruz bayramı adət-ənənlərinin təbliği və bayram ərəfəsində qoruğa gələn ziyarətçilərə Azərbaycan mətbəxinin şahı hesab edilən, eləcə də, bir sıra ölkələrin mətbəxində əhəmiyyətli yer tutan plovun müxtəlif növlərini tanıtdırmaq məqsədilə Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov” festivalı keçiriləcək.

Bu barədə martın 14-də Qobustan Qoruğundan bayraqdar.info-ya xəbər verilib. Xəbərdə bildirilir ki, tədbir meydanında qurulan çadırlarda Azərbaycanın, həmçinin Hindistan, Qətər, Qırğızıstan, Özbəkistan və digər bir sıra ölkələrin mətbəxinə aid plov nümunələri bişirilərək tədbir iştirakçılarına paylanılacaq. Dəvətlilərin iştirakı ilə bayram tonqalı yandırılacaq.

Plov festivalı

“Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər, pəhləvan və kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılarda xoş bayram ovqatı yaradacaq.

“Tədbirdə, həmçinin uşaqların əl işlərindən ibarət rəsm sərgisi açılacaq, əl işlərinin və suvenirlərin satış yarmarkası təşkil olunacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.