Press "Enter" to skip to content

Qax 64 sm hündürlükdə qara büründü

Qax qara büründü

Bayraqdar.info – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkədə müşahidə olunan faktiki havanı açıqlayıb.

Xidmətdən bayraqdar.info-ya bildirilib ki, gözlənildiyi kimi martın ikinci ongünlüyündə əlverişsiz qeyri-sabit hava şəraiti müşahidə olunur.

“Aralıq dənizi siklonları ilə bağlı soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən fasilələrlə keçməsi nəticəsində respublikanın bir sıra əksər rayonlarında yağıntılar müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır, düşən yağıntıların miqdarı bəzi ərazilərdə 29 mm-dir.

“Qar nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib. Qax rayonunun Sarıbaş məntəqəsində qar örtüyünün hündürlüyü 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Daşkəsəndə 21 sm olub. Havanın temperaturu çoxillik norma göstəricilərindən 2 dərəcəyə kimi aşağıdır”, – deyə Xidmətin məlumatında vurğulanır.

Mission News Theme by Compete Themes.