Press "Enter" to skip to content

“Mübariz İbrahimov” gəmisi İstanbul limanını keçib

Bayraqdar.info – Rusiyanın Ukraynaya qarşı hücumu davam edərkən dünya da bitki yağı və taxıl qıtlığı narahatlığını yaşamaqdadır. Belə ki, əksər ölkələr bununla bağlı tədbirlər görməyə başlayıb.

Bu arada isə 5 min 753 ton ayçiçək yağı yüklənmiş gəmi İstanbul boğazından keçib. Bu barədə Anadolu Ajansı məlumat yayıb.

Məlumata əsasən Rusiyanın yük limanından yola salınan Liberiya bayraqlı gəmi 139,95 metr uzunluğunda və 4 min 684 groston ağırlığındadır. Xatırladaq ki, groston dənizçilik lüğətində çəki vahidi deməkdir. Həcmlə ölçülən 1 groston 1016,046 kiloqramdır.

Məsələnin başqa bir maraqlı tərəfi isə odur ki, bu gəmi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Mersin limanına gedən gəmi martın 13-də gecə Fatih Sultan Mehmet körpüsü istiqamətindən keçib.

Gəminin martın 17-də Mersində olması gözlənilir.

Mission News Theme by Compete Themes.