Press "Enter" to skip to content

Katexdən tapılan dəfinə – GÜMÜŞ ŞAHI

Şahı

Son yeniləmə: 14 Mart 2022 10:01

Bayraqdar.info – “Katex dəfinəsi Səfəvilərin pul təsərrüfatını açıqlayır. 1969-cu ildə Balakən rayonunun Katex kəndində aşkarlanmış 91 ədəd gümüş sikkədən ibarət dəfinə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunur (NF33245 – 33335).

“Dəfinədəki sikkələrin numizmatik təyinatı nəticəsində Səfəvi hökmdarları – I Süleyman (1079 – 1105 = 1668 – 1693), Sultan Hüseyn (1105 – 1135 = 1693 – 1722), II Təhmasib (1135 – 1145 = 1722 – 1732) və Osmanlı sultanı – III Əhmədin (1115 – 1143 = 1703 -1730) hakimiyyəti dövründə müxtəlif zərbxanalarda (Naxçıvan, Gəncə, İrəvan, Tiflis, Təbriz,Qəzvin, Rəşt, Huveyza, İsfəhan) istehsal edilmiş gümüş sikkələr müəyyən edilib. Bu sikkə dəfinəsi XVII əsrin II yarısı – XVIII əsrin əvvəllində Azərbaycanın sosial-ictimaivə iqtisadi vəziyyəti barədə məlumat toplamağa yardım edən dəyərli faktiki tapıntıdır”. Bu məlumat AMEA Milli Azərbaycan Tarixi Muzeyindən bayraqdar.info-ya bildirilib. Qeyd edək ki, dəfinəylə tanış olmaq istəyənlər Muzeyə baş çəkə bilərlər.

Mission News Theme by Compete Themes.