Press "Enter" to skip to content

“Filumena Marturano”tamaşasının premyerası olub

""Flumena Marturano" tamaşası

Son yeniləmə: 14 Mart 2022 11:57

Bayraqdar.info – Martın 13-də Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın premyerası keçirilib. Teatrın mətbuat xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.

“Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.

“”Flumena Marturano” tamaşası

“Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

“Tamaşada baş rollarda xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) oynayırlar. Səhnə əsərində həmçinin aktyorlar Ramin Şıxəliyev, Ləman İmanova, Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Şəhla Əliqızı, İlahə Həsənova, Fəridə Şahbazova, Vüsal Mustafayev, Elnur Qədirov, Corc Qafarov, Cavidan Novruz və Elsevər Rəhimov, Firuzə Balayeva, Xədicə Novruzlu rol alıb”, – deyə Teatrın məlumatında deyilir.

“”Flumena Marturano” tamaşası

Həmçinin, Teatrdan o da bildirilib ki, Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər elə həmin il Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.

Mission News Theme by Compete Themes.