Press "Enter" to skip to content

DSMF-nin beynəlxalq uğuru

Son yeniləmə: 14 Mart 2022 12:57

Bayraqdar.info – Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) daha bir beynəlxalq uğur əldə edib. Belə ki, qurum Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb.

Bu barədə bayraqdar.info-ya martın 14-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, mükafat Fondun İdarə Heyətinin sədri Himalay Məmişova təqdim edilib.

Məlumata əsasən “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” mükafatını qazanmaq məqsədilə müsabiqədə Azərbaycanla yanaşı, İtaliya, Almaniya, İsrail, BƏƏ, Yunanıstan və digər ölkələrin dövlət qurumları da iştirak edib. DSMF tərəfindən müsabiqəyə təqdim edilən iş Azərbaycanda sosial təminat idarəçilyinin mərkəzləşdirilməsi sahəsində son illər aparılan islahatlarla bağlı olub.

Beləliklə, münsiflər heyəti tərəfindən ölkəmizin bu sahədə islahat təcrübəsi yüksək dəyərləndirilib və DSMF müsabiqənin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” mükafatına layiq görülüb.

“Müsabiqənin yekunlarına əsasən bir neçə kateqoriya üzrə mükafatlandırma da həyata keçirilib. Həmçinin “İlin xidmətləri” nominasiyası üzrə “2022-ci ilin Yanğınsöndürmə və Xilasetmə Xidməti”, “2022-ci ilin Polis Xidməti”, “2022-ci ilin Bələdiyyəsi” və “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatları təqdim edilib”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.