Press "Enter" to skip to content

Bu marşrutlarda işləyən avtobusların hərəkət sxemi dəyişdirilib

Avtobus

Bayraqdar.info – Bakı Nəqliyyat Agentliyindən martın 14-də bayraqdar.info-ya verilən xəbərdə qeyd edilir ki,17 və 24 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 17 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Yusif Vəzir Çəmənzəminli küçəsindən Zaur Nudirəliyev küçəsinə, 24 nömrəli marşrut xəttinin isə başlanğıc dayanacaq məntəqəsi Təbriz küçəsindən Murad Qafur küçəsinə keçirilib.

Mission News Theme by Compete Themes.