Press "Enter" to skip to content

Birgə layihə üzrə 500 nəfər işlə təmin ediləcək

Son yeniləmə: 14 Mart 2022 11:56

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə də əməkdaşlığa başlayıb.

Bu barədə bayraqdar.info-ya martən 14-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, AQTA ilə birgə layihə üzrə Mərkəz Agentliyin fəaliyyəti üzrə texniki işlərin görülməsinə və eyni zamanda, məşğulluğun təminatına dəstək məqsədilə həmin qurumda və Agentliyin Qida Təhlükəsizliyi İnstitutunda 500 nəfəri işlə təmin edəcək. İşlə təmin edilənlər müfəttiş köməkçisi, sürücü, bağban, elektrik, santexnik, mühafizəçi və s. kimi peşələrdə çalışacaqlar.

Məlumata əsasın, bununla onlar həmin peşə sahələri üzrə ilkin bilik və bacarıqlar qazanmaq imkanı da əldə edəcəklər.Yeri gəlmişkən, işlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanacaq. Bu isə onların gələcək sosial təminat hüquqlarına əsas yaradacaq.

Mission News Theme by Compete Themes.