Press "Enter" to skip to content

“Bankir adaxlı”nın “Ceyran”ı

Lütviyyə Səfərova

Son yeniləmə: 14 Mart 2022 10:47

Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə nümayiş olunub. Səhnə əsərinin bu dəfəki təqdimatı uzun illər Akademik Musiqli Teatrda çalışmış aktrisa Lütviyyə Səfərovanın 80 illik yubileyinə həsr olunub.

Teatrdan bayraqdar.info-ya verilən məlumatda deyilir ki, quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan bu tamaşada rolları Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nahidə Orucova, Ələkbər Əliyev, Nadir Xasiyev, aktyorlar Elxan İsmayılov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gültac Əlili, Şaban Cəfərov, Fərid Rzayev, Elməddin Dadaşov, Təranə Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Rüstəm Rüstəmov, kiçik yaşlı aktyorlar Rahib və Nuray Məmmədzadələr ifa ediblər.

Lütviyyə Səfərova

“Xatırladaq ki, Lütviyyə Səfərova müxtəlif illərdə “O olmasın, bu olsun” musiqili komediyasında Gülnaz və Sənəm obrazınlarını canlandırıb.

Lütviyyə Səfərova

“Lütviyyə Şamil qızı Səfərova 11 mart 1942-ci ildə ziyalı ailəsində anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsini bitirdikdən sonra Musiqili Komediya Teatrına (Azərbaycan Dövlət Akademik Musiqili Teatrının keçmiş adı) dəvət olunub. Elə ilk günlərdən özünəməxsus ifa tərzi ilə seçilən aktrisa “Hicran” komediyasında Çarleston, “Gözün aydın”da Leyla, “Özümüz bilərik”də Lalə, “Məmmədəli kurorta gedir”də Xurşud, “Sevindik qız axtarır”da Nazik, “Ev bizim, sirr bizim”də Çiçək, “Nənəmin şahlıq quşu”nda Nazlı, “Arşın mal alan”da Asya, “Milyonçunun dilənçi oğlu”nda qonşu qız, “Olmadı elə, oldu belə”də Gülnar, “Bankir adaxlı”da Ceyran, “Volqalı canan”da Şəlalə, “Nəğməli Könül”də Qəmər xanım və digər tamaşalarda rəngarəng obrazlar qalereyası yaradıb.

Lütviyyə Səfərova

“O, 1989-cu ildən 1996-ilədək Bakı Bələdiyyə “Tənqid-Təbliğ” Teatrında çalışıb, sonra isə yenidən əvvəlki doğma iş yerinə qayıdıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların rəğbətini qazanıb. Bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollarda çıxış etmiş aktrisa sonuncu dəfə 2006-cı ildə “Qısqanc ürəklər” tamaşasında Natella obrazı ilə səhnəyə çıxıb. L.Səfərova 2010-cu il mart ayının 1-də vəfat edib”, – deyə Teatrın məlumatında bildirilir.

Lütviyyə Səfərova
Mission News Theme by Compete Themes.