Press "Enter" to skip to content

Antalyada məhsuldar görüşlər keçirilib

Son yeniləmə: 14 Mart 2022 02:07

Bayraqdar.info – Artıq başa çatan İkinci Antalya Diplomatiya Forumu Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) üçün də yaddaqalan olub. Belə ki, həm bu Forum çərçivəsində keçirilən panellərdə KKTC ilə bağlı məsələlərdən bəhs olunub, həm də ikitərəfli görüşlər keçirilib.

Məsələn məlumata əsasən KKTC Cümhurbaşqanı Ersin Tatar və xarici işlər naziri Tahsin Ertuğruloğlu Latviya baş nazirinin müavini və müdafiə naziri Artis Pabrikslə görüşüb.

Daha bir görüş isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə olub.

Heyətlərarası görüşlər Nest Konqres və Sərgi Mərkəzində baş tutub. Görüşlərdə KKTC Cümhurbaşqanlığı heyətindən müşavir Okan Okan Donangil, özəl təmsilçi Ergün Olgun, KKTC-nin Ankaradakı səfiri Kemal Köprülü, hüquq məsləhətçisi Sülen Karabacak, həmçinin KKTC Cümhurbaşqanlığı Uluslararası ilişkilər və diplomatiya özəl müşaviri Hüseyin Işıksal da yer alıb.

Görüşlər barədə mətbuata açıqlama verən Ergün Olgun tərəflər arasında əməkdaşlığın necə inkişaf etdirilməsi məsələsinin müzakirə olunduğunu deyib.

KKTC Cümhurbaşqanı Ersin Tatar və xarici işlər naziri Tahsin Ertuğruloğlu Antalyada həmçinin Somali xarici işlər naziri Abusaid Muse Alinin rəhbrəlik etdiyi heyətlə də bir araya gəlib.

Mission News Theme by Compete Themes.