Press "Enter" to skip to content

AK Parti və MHP-nin seçki təklifləri

Son yeniləmə: 14 Mart 2022 09:45

Bayraqdar.info – Türkiyədə Seçki Qanununa dəyişikliklər ediləcək. AK Parti və MHP-nin hazırladığı  təklifər paketi martın 14-də Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.

Milliyet xəbər verir ki, bu gün yerli vaxtla saat 11:00-da AK Parti genel başqan yardımçısı Hayatı Yazıcı və MHP genel başqan yardımçısı Fethi Yıldız TBMM-də bununla bağlı mətbuat konfransı keçirəcək. Mətbuat konfransında Millət vəkili Seçim Qanunu və bəzi qanunlara dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat veriləcək.

15 maddədən ibarət təkliflər paketində partiyaların parlamentə düşməsi üçün seçki baryerinin 10 faizdən 7 faizə salınması nəzərdə tutulub.

Təklif qəbul edilərsə tək başına seçkilərə qatılıb 3 faiz səsə ala bilən partiyalar dövlətdən maliyyə yardımı ala biləcək. Ancaq 7 faizlik həddi keçən partiyalar daha çox miqdarda yardım alacaq.

Bundan başqa seçkilərə ancaq Türkiyənin 41 vilayətində yerli təşkilatı olan partiyalar qatıla biləcək.

Mission News Theme by Compete Themes.