Press "Enter" to skip to content

Müdafiə Nazirliyi xəbərdarlıq etməli oldu

Müdafiə Nazirliyi

Bayraqdar.info – “Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini əks etdirən video və fotolar yayılır. Bildiririk ki, yayılan bu video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir. Hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir.”

Bu sözlər martın 13-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən daxil olan xəbərdəndir.

Xəbərdə daha sonra bildirilir: “Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur. Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq”.

Qeyd edək ki, son günlər bəzi şübhəli mənbələr Azərbaycan Ordusunun Qarabağda və Ermənistanla sərhəddə guya hərbi əməliyyatlar keçirməsi haqqında əsassız xəbərlər paylaşmaqdadır. Təəssüflər olsun ki, bir sıra sosial media istifadəçiləri də belə xəbərlərin mənbəyinə diqqət etmədən tirajlamaqla cəmiyyətdə əsassız fikir formalaşdırır. Ona görə də MN məsələyə aydınlıq gətirərək insanları diqqətli olmağa çağırmalı olub.

Mission News Theme by Compete Themes.