Press "Enter" to skip to content

Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı olub

Bayraqdar.info – Martın 12-si Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazilriyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənov H.Akarı 70-illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Türkiyə Silahlı Qüvvələrinin inkişafı naminə fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
Tərəflər regional təhlükəsizlik, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Mission News Theme by Compete Themes.