Son yeniləmə: 12 Mart 2022 11:35
Bayraqdar.info – Yanvar-fevral aylarında Azərbaycnada fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı 29,5 faiz artıb.
Bu barədə bayraqdar.info-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 1-nə dövlət qeydiyyatında olan 147 min 874 kommersiya qurumundan 89 min 128-nin vəziyyəti aktiv olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,2 faiz artıb, xüsusi çəkisi isə artaraq 60,3 faizə çatıb.
Mart ayının 1-nə 320 publik hüquqi şəxs, 17 min 82 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Xarici investisiyalı kommersiya hüquqi şəxslərin 11 min 544-nün fəaliyyəti aktivdir, 4 min 631-nin fəaliyyəti dayandırılıb, 907-i isə ləğv edilib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artıb.