Press "Enter" to skip to content

Torpaq kanallar lil və kol-kosdan təmizlənir

Son yeniləmə: 12 Mart 2022 11:28

Bayraqdar.info – “Siyəzəndə torpaq kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğularda təmir işləri görülür”.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki,torpaq mülkiyyətçiləri və femerləri vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Siyəzən rayon Suvarma Sistemləri idarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri davam etdirlir. Bu məqsədlə idarənin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğularda və qapalı kanallarda cari təmir işləri görülür.

“Onu da qeyd edək ki, Siyəzən rayonunda 247 km uzunluğunda suvarma kanalları mövcuddur. Hər il plan-qrafikə uyğun olaraq torpaq məcralı kanallar beton üzlüyə alınır. Ötən il 2100 metr uzunıuğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb”, – deyə, D.Şərifov vurğulayıb.

Onun sözlərinə görə, Siyəzən rayonunda 12-min hektardan çox suvarılan ərazi mövcuddur: “Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı,Gil-gilçay və Ataçay çaylarıdır. Sahələr suyu vaxtında və itkisiz çatdırmaq məqsədilə son dövrlər rayonda 1685-ədəd hidrotexniki qurğu,198min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə,üzərində 118 ədəd hidrotexniki qurğu olan 24 min 103 m uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2300 hektar ərazini əhatə edən 26km açıq, 121-km isə qapalı drenaj şəbəkəsi çəkilib”.

Mission News Theme by Compete Themes.