Press "Enter" to skip to content

Qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb

Müdafiə Nazirliyi

Son yeniləmə: 12 Mart 2022 10:19

Bayraqdar.info – Düşmən tərəf dinc durmur. Belə ki, martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

Mission News Theme by Compete Themes.