Press "Enter" to skip to content

Hərbi attaşelər “İqlim” Elmi İstehsalat müəssisəsində

Hərbi attaşelər

Son yeniləmə: 12 Mart 2022 09:05

Bayraqdar.info – Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər.

Hərbi attaşelərə müəssisənin fəaliyyəti və istehsal olunan atıcı silahlarla bağlı ətraflı məlumat verilib.
Nümayəndələr müəssisədə istehsal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini izləyiblər. Bildirilib ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilməklə yanaşı, ixracı da həyata keçirilir.

Qonaqlar burada, həmçinin istehsal olunan hərbi təyinatlı məmulatlarla bağlı sərgiylə tanış olublar.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkili çəkdirilib.

Mission News Theme by Compete Themes.