Press "Enter" to skip to content

Daha 301 yerli investisiyalı MMC

Son yeniləmə: 12 Mart 2022 10:16

Bayraqdar.info – 2022-ci ilin martın 1-nə respublika üzrə uçotda olan 1 milyon 352 min 229 vergi ödəyicisinin 87,9 faizi fiziki şəxslər, 12,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 10,1faiz, hüquqi şəxslərin sayı isə 7,8 faiz artıb.

Bu barədə bayraqdar.info-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvar-fevral ayları ərzində 2 min 163 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz çoxdur. Həmin kommersiya qurumlarının 84,9 faizi elektron qaydada, 15,1faizi kağız daşıyıcılarında edilmiş müraciətlər əsasında qeydiyyata alınıb.

2 min 163 kommersiya qurumundan 89,8 faizi yerli investisiyalı, 10,2 faizi xarici investisiyalı müəssisələrdir. 364 kommersiya qurumunun ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.
O da qeyd edilib ki, martın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88, faizi məhdud məsuliyyətli cəmiyyət, 1,5 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.

Yanvar və fevral aylarında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,3 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 301 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,9 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,6 faiz təşkil edib.

Mission News Theme by Compete Themes.