Press "Enter" to skip to content

Azərbaycan və Aİ arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Son yeniləmə: 12 Mart 2022 17:34

Bayraqdar.info – Martın 12-də xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Josep Borrell ilə görüşüb. Görüş Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində baş tutub.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq perspektivlərini, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının vacibliyini ifadə ediblər.

Eyni zamanda, Ukraynadakı vəziyyət, ölkəyı humanitar yardımın göstərilməsi məsələləri müzakirə mövzusunu təşkil edib.

Nazir C.Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların həlli məsələləri, bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri ilə bağlı məlumat verib, habelə iki ölkə arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.