Son yeniləmə: 11 Mart 2022 11:47
Bayraqdar.info – Martın 11-dən başlayaraq mart ayının 13-nə qədər üzgüçülük idman növü üzrə Azərbaycan açıq qış çempionatı başlayır. Azərbaycan Üzgüçülük Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Bakı Su İdman sarayında təşkil olunacaq yarışlarda 3-cu idman dərəcəsi olan 140-a yaxın idmançı iştirak edəcək.
“Onlar 50, 100, 200, 400, 800 və 1 min 500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda üzəcəklər. Beynəlxalq Üzgüçülük Federasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüşülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə Azərbaycanın 15 müxtəlif klubun və idman cəmiyyətlərinin üzgüçüləri güclərini sınayacaqlar. Bunlar Azərbaycan Üzgüçülük Federasiyası, Su İdman Sarayı, 1st Fitness, ÜGİM Xətai, Azərbaycan Avropa Məktəbi, Paraolimpiya Komitəsi, Azərbaycan Üzgüçülük Klubu, AURA sağlamlıq Mərkəzi, FHN idman klubu, Kristal üzgüçülük klubu, Sərhədçi İdman Olimpia Kompleksi, Şua sağlamlıq mərkəzi, ÜGİM Sumqayıt, Respublika UGİM-dir. Yarışın nizamnəməsinə uyğun olaraq Azərbaycan açıq qış çempionatında İran İslam Respublikasının klub üzgüçüləri də iştirak edəcəklər.
“Yarışın keçirilməsində məqsəd üzgüçülüyün təbliğ olunması, bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2022-ci il üçün beynəlxalq yarışlarda iştirak edəcək üzgüçülük üzrə milli kommandanın tərkibinin yenidən formaşaldırılmasıdır.
“Yarışın sonunda qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar”, – deyə xəbərdə bildirilir.