Son yeniləmə: 11 Mart 2022 15:27
Bayraqdar.info – “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Bursa bu il bir çox mühüm tədbirlərə ev sahibliyi edəcək. Bunu qardaş Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.
Türkiyənin Azərbaycandakı səfirliyindən bayraqdar.info-ya verilən məluamta görə, nazir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Bursanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi münasibəti ilə keçirilən toplantıda çıxış edib.M.N.Ersoy 2022-ci ildə Bursada böyük tədbirlərin, eyni zamanda Dünya Film Festivalının da keçiriləcəyini qeyd edib.
Bursanın coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat şəbəkəsinin də şəhərə gələn turistlərin sayının artmasına kömək edəcəyini vurğulayan nazir “Türk Dünyasının Mədəniyyət Paytaxtı” statusundan söza çaraq, bunun yüksək və məsuliyyətli bir status olduğunu, düzgün istifadə olunacağı təqdirdə şəhər əhalisinə böyük imkanların qapısını açacağını ifadə edib.
Nazir 2012-ci ildən bu yana Astana, Əskişəhər, Kazan, Mərv, Türküstan, Oş və Xivə şəhərlərinin TÜRKSOY tərəfindən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” adına layiq görüldüyünü də xatırladıb.