Son yeniləmə: 11 Mart 2022 12:14
KKTC-nin yeni hökumət kabinetində dəyişiklik
Bayraqdar.info – Martın 3-də parlamentdən etimad səsi alan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yeni hökumətində, cəmi bir həftə sonra, martın 10-da dəyişiklik baş verib. Belə ki, son kabinet formalaşmasında hökumətdən kənarda qalan Tahsin Ertuğruloğlu geri dönüb.
Verilən məlumata görə, bundan öncəki UBP-DP seçim hökumətində olduğu kimi bu hökumətdə də o, xarici işlər naziri olacaq. Əslində bu dəyişiklik gözlənilən idi.
Çünki Türkiyədə də böyük dəstəyə və nüfuza malik T.Ertuğruloğlunun yeni hökumətdən kənarda qalması heç də birmənalı qarşılanmamışdı. Ehtimal edilirdi ki, yaxin 3-4 aydan sonra UBP daxilində ortaq razılıq əsasında T.Ertuğruloğlu yenidən kabinetdə görəv alacaq. Lakin bunun belə tez, cəmi bir həftə sonra baş verəcəyi gözlənilmirdi.
Ehtimallara görə prosesin tez zaman ərzində baş verməsində T.Ertuğruloğlunun İkinci Antalya Diplomatiya Forumuna dəvət alması öz rolunu oyanyıb. Yəni bu məqam Ankarada ona necə diqqətlə yanaşıldığına işarə edir.
Beləliklə, Oğuzhan Hasipoğlunun əmək və sosoial müdafiə naziri vəzifəsindən qəfil istefasından sonra bu posta Hasan Tasoy təyin edilib. Halbuki H.Tasoy xarici işlər naziri postunda idi. Onun bu posta təyin edilməsi ilə boşalan xarici işlər naziri postuna isə yenidən Tahsin Ertuğroğlu təyin edilib və artıq Cümhurbaşqanı Ersin Tatar da bu dəyişiklikləri təsdiqləyib.
Bununla bağlı mətbuata açıqlama verən baş nazir Faiz Sucuoğlu deyib: “Əmək və sosial müdafiə nazirimiz Oğuzhan Hasipoğlu bu gün günortadan sonra nazirlikdən istefa ərizəsini yazılı şəkildə təqdim edib. O, istefa verəndən sonra günorta Cümhurbaşqanımızla görüşdük. Daha sonra O.Hasipoğlunun istefası səbəbindən boş qalan əmək və sosial müdafiə naziri postuna Hasan Tasoyu təyin etdik. Xarici İşlər Nazirliyindən boşalan vəzifəyə də Tahsin Ertoğruloğlunu təyin etdik”.
Beləliklə, KKTC ilə bağlı son köşə yazımızda qeyd etdiyimiz kimi bu ölkədə siyasi islahatların vaxtı çatıb. Zaman itirmədən KKTC-də prezidentlik üsul-idarəsinə keçid baş verməlidir. Əks təqdirdə hökumət daxilində və parlamentdə yeni-yeni sürprizlərin olması gözləniləndi.
[…] Tahsin Ertuğruloğlu geri döndü […]