Press "Enter" to skip to content

Şuşada “Azərbaycan əsgəri, səninləyik” aksiyası

Son yeniləmə: 11 Mart 2022 18:52

Bayraqdar.info – Şuşada “Azərbaycan əsgəri, səninləyik” sosial aksiyası təşkil olunub. Aksiya “ASAN xidmət”in və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birgə təşkilatçılığı, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya martın 11-də ASAN xidmətdən məlumat veirlib.

Bildirilib ki, Tədbir 12 Mart – Daxili Qoşunlar Günü ilə əlaqədar təşkil olunub. Sosial aksiyada Şuşa şəhərinin müxtəlif ərazilərində xidmət çəkən Daxili Qoşunların şəxsi heyətinə “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən ünvanlanmış məktublar çatdırılıb.

Tədbirdə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilmiş parlaq qələbədən söz açılıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Bu il 30 illik yubileyini qeyd edən Daxili Qoşunların şəxsi heyətinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən Vətən müharibəsindəki döyüş yolundan söz açılıb.
“Azərbaycan əsgəri, səninləyik” sosial aksiyasının məqsədi Azərbaycan Silahlı Qüvvələrinə vətəndaşlarımızın daimi dəstəyini, etibar və inam hissini nümayiş etdirməkdir.

Mission News Theme by Compete Themes.