Bayraqdar.info – “Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük tərəqqiyə nail olub, dünya birliyində yerini möhkəmləndirib”.
Bayraqdar.info xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova martın 11-də Nazirlikdə keçirilən mətbuat konfransında ifadə edib.
İdarə rəisi qeyd edib ki, törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini hər zaman həssaslıqla nəzərə alan dövlətimizin başçısı bayram və əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. Son 18 ildə 35 əfv sərəncamı imzalanıb və bunlar 5 min 672 nəfərə tətbiq olunub.
“Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən dövrdə qəbul edilmiş 4 amnistiya aktı 40 min 412 insana şamil olunub. Bu da cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edib”, – deyə Aynur Sabitova vurğulayıb.