Press "Enter" to skip to content

Qətər Ticarət və Sənaye Palatasının sədri ilə görüş

Son yeniləmə: 11 Mart 2022 09:27

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qətərdə səfərdədir. Səfər çərçivəsində Orxan Məmmədov Qətər Ticarət və Sənaye Palatasının sədri Khalifa Bin Jassim Bin Mohammed Al Thani ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, görüş Doha şəhərində keçirilən “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022” çərçivəsində təşkil olunub. Görüşdə ölkələrimizin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına, qarşılıqlı ticarət və biznes missiyalar təşkil etməklə sahibkarlar arasında işgüzar əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.