Press "Enter" to skip to content

Prezident Gürcüstanın ədliyyə nazirini qəbul edib

İlham Əliyev və Rati Breqadze

Bayraqdar.info – Prezident İlham Əliyev martın 11-də Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezidentin Mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, ticarət sahələrində uğurla inkişaf etdiyi bildirilib.

“Söhbət zamanı Azərbaycanın və Gürcüstanın Ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunulub.

“R.Breqadzenin Azərbaycanın səfərinin və səfər çərçivəsində nazirliklər arasında imzalanan Əməkdaşlıq Memorandumunun bu sahədə əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub”, – deyə məlumatda bildirilib.

Mission News Theme by Compete Themes.