Press "Enter" to skip to content

Onlayn növbə ləğv edilib

Son yeniləmə: 11 Mart 2022 18:43

Bayraqdar.info – Məlum olduğu kimi, ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlər çərçivəsində 2020-ci ilin may ayından etibarən vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşların qəbulu əvvəlcədən onlayn növbəyə yazılmaqla həyata keçirilirdi.

Bu barədə bayraqdar.info-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumatda deyilir: “Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərar nəzərə alınaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin işində müəyyən dəyişiklik edilib. Belə ki, vergi ödəyiciləri 2022-ci il martın 9-dan etibarən həmin mərkəzlərdə göstərilən xidmətlərdən, iş rejimi nəzərə alınmaqla, onlayn növbəyə yazılmadan istifadə edə bilərlər”.

Mission News Theme by Compete Themes.