Press "Enter" to skip to content

Nazir Tovuz, Qazax və Ağstafada vətəndaşları qəbul edəcək

Fərid Qayıbov

Son yeniləmə: 11 Mart 2022 09:04

Bayraqdar.info – Gənclər və idman naziri Fərid Qayıbov martın 11-də Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, vətəndaşların qəbulu saat 17:00-dan etibarən Tovuz şəhərində, Heydər Əliyev Mərkəzində keçiriləcək.
Ünvan: Tovuz şəhəri, Məşədi Əzizbəyov küçəsi 1.

“Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər.

1. Tovuz rayon Gənclər və İdman İdarəsi
Tel: 0503468528

2. Ağstafa rayon Gənclər və İdman İdarəsi
Tel: 0502658828

3. Qazax rayon Gənclər və İdman İdarəsi
Tel: 0503358681

Gənclər və İdman Nazirliyi
Tel: 0124656571

“COVID-19 infeksiyası ilə əlaqədar tətbiq edilən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.