Press "Enter" to skip to content

Nazir Anar Kərimov Lənkəranda

Anar Kərimov

Son yeniləmə: 11 Mart 2022 15:34

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov martın 10-da Lənkəran şəhərində səfərdə olub, bir sıra mədəniyyət müəssisələrinə, tarixi abidələrə baş çəkib.

Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən xəbər verilib. Xəbərdə deyilir ki, “Kiçik bazar” məscidini də ziyarət edən A.Kərimova dini abidə haqqında məlumat verilib. Bildirilib ki, 1906-cı ildə inşa edilən məscid indiyədək əvvəlki görkəmini qoruyub saxlayıb, hazırda dövlət tərəfindən mühafizə olunur. Sonra nazir “Kiçik bazar” və Hacı Mirzə hamamlarının cari vəziyyəti ilə tanış olub.

“Səfər çərçivəsində nazir həmçinin Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbində olub. Nazirə məlumat verilib ki, təhsil ocağı 1957-ci ildən fəaliyyət göstərir. 53 sinif otağı olan məktəbdə xalq çalğı alətləri orkestri, balaban, kamança, qarmon, xanəndələr, qanun, nağara ifaçıları ansambılları, həmçinin “Cənub qızlar”, “Buta” folklor ansamblı, birləşmiş xor və s. fəaliyyət göstərir.

“Nazir məktəbin “Buta” ansamblının ifasında “Qədim düyü bayramı” kompozisiyasını və xor kollektivinin çıxışını izləyib.

“Mədəniyyət naziri Lənkəran şəhər Mərkəzi Kitabxanası və Həqiqət Rzayeva adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə tanış olub. Məktəbin foyesində həmin məktəbin müəllimi Mirəhməd Kərimov və birləşmiş xor kollektivinin ifasında musiqili kompozisiya təqdim olunub. Daha sonra nazirə məktəbin fəaliyyəti barədə məlumat verilib.

“A.Kərimov 10 mart – Milli Teatr Günündə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına baş çəkib, teatrın fəaliyyəti ilə tanış olub. Nazir həmçinin teatrın truppasının ifasında “Şuşa İli”nə həsr olunan “Haqqın 44 günü” tamaşasının premyerasını izləyib. Sonda Lənkəran şəhər Mədəniyyət Mərkəzinə baxış keçirilib. Mərkəzdə sənətkarların işləri ilə tanış olub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.